Biz Gürcüstanı tranzit dəhlizinə və logistika mərkəzinə çevirəcəyik - Davitaşvili
Hökumət administrasiyasının məlumatına görə, baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Mərkəzi Asiya Regional Əməkdaşlıq Təşkilatının (CAREC) 21-ci nazirlər iclasında iştirak edib.

Administrasiyanın məlumatına görə, baş nazirin müavini Levan Davitaşvili çıxışı zamanı əsas diqqəti pandemiyadan sonrakı problemlər və onların aradan qaldırılması yollarına yönəldib.

"Gürcüstan pandemiyadan təsirləndi, lakin biz iqtisadiyyatı tez bir zamanda köhnə inkişaf yoluna qaytara, bərpa üçün güclü iqtisadi əsaslar yarada bildik",
- baş nazirin müavini bildirib.

Onun sözlərinə görə, CAREC-2030 xüsusi əməliyyat klasterlərində qeyd olunan bütün ticarət-iqtisadi sahələri özündə cəmləşdirən çox iddialı və əhatəli sənəddir.

“İcazə verin, regional əlaqəni gücləndirmək məqsədi daşıyan CAREC nəqliyyat strategiyasının əhəmiyyətini qeyd edim. Nəqliyyat infrastrukturunun inkişafı Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş əsas prioritetlərdən biridir, çünki biz Gürcüstanı tranzit dəhlizinə və logistika mərkəzinə - iki qitədə sürətli nəqliyyat və kommunikasiyanı biznes üçün əlçatan edəcək regional mərkəzə çevirmək niyyətindəyik",
- deyə o, bildirib.

Nazir çıxışında enerji sektorunun inkişafının vacib olduğunu da vurğulayıb.

"İnanıram ki, CAREC enerji strategiyasının 2030-cu ildə qarşıya qoyduğu məqsədlər bərpa olunan enerji və enerji səmərəliliyinin daha yüksək payına nail olmağa kömək edəcək və regional əməkdaşlıqla birlikdə üzv ölkələrin enerji təhlükəsizliyini artıracaq",
- Levan Davitaşvili bildirib.

Mənbə: Publika

Print Email
FaceBook Twitter Google