Tamar Beruçaşvili Rumıniyaya səfir təyin edilib
Tamar Beruçaşvili Rumıniyaya səfir təyin edilib. Bundan əvvəl o, Gürcüstanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri, həmçinin Qara dənizdə fövqəladə işlər üzrə səfir vəzifələrində çalışıb.

Gürcüstan hökumətinin mətbuat xidmətinin məlumatına görə, bu gün, noyabrın 24-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Tamar Beruçaşvili ilə görüşüb.

"Baş nazir Tamar Beruçaşviliyə gələcək fəaliyyətində uğurlar arzulayıb
", - mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Tamar Beruçaşvili müxtəlif vaxtlarda Gürcüstanın xarici işlər naziri və nazir müavini olub. O, həmçinin Avropa və Avro-Atlantik İnteqrasiya üzrə Dövlət Naziri və Ticarət və Xarici İqtisadi Əlaqələr Naziri vəzifələrində çalışıb.


Print Email
FaceBook Twitter Google