65 yaşlı qadın it dişləməsindən sonrakı ağırlaşmalar səbəbindən dünyasını dəyişib
Kutaisidə 65 yaşlı qadın it dişləməsindən sonra yaranan fəsadlar səbəbindən klinikada ölüb.

Oktyabrın 31-də Samtrediada xəstəni sahibsiz it dişləyib. Qadın quduzluğa qarşı peyvəndin natamam kursunu alıb və onun fəsad törətdiyi güman edilir.

Həkimin sözlərinə görə, xəstədə quduzluğa xas simptomlar olub və ürək tutmasından dünyasını dəyişib. Onun analizlərində quduzluq aşkar edilməyib. Klinikada quduzluğa qarşı peyvənd edildiyi üçün analizdə virusun aşkar edilmədiyi ehtimal edilir.

Mənbə: inforustavi.ge

Print