Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə,
Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan
Artsevi kəndinin ətrafındakı ərazidə qanunsuz olaraq Gürcüstan
vətəndaşını saxlayıblar.
Agentliyin məlumatına görə, daha bir qanunsuz saxlanılma faktı ilə
bağlı dərhal qaynar xətt fəaliyyətə başlayıb və işğalçı qüvvələr
tərəfindən həyata keçirilən insidentlə bağlı Cenevrədə keçirilən
beynəlxalq müzakirələrin həmsədrləri məlumatlandırılıb.
“Mərkəzi hökumətin sərəncamında olan bütün mexanizmlərdən istifadə
etməklə, işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün
Gürcüstan vətəndaşlarının azad edilməsi istiqamətində fəal iş
aparılır. İşğalçı dövlət Gürcüstan vətəndaşlarının qanunsuz həbsi
faktına görə tam məsuliyyət daşıyır", - DTX
bildirib.
DTX-nın məlumatına görə, Gürcüstan vətəndaşının Rusiya hərbçiləri
tərəfindən qanunsuz saxlanılması faktı noyabrın 8-də baş verib.