Rusiya hərbçiləri daha bir Gürcüstan vətəndaşını saxlayıblar
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altında olan Artsevi kəndinin ətrafındakı ərazidə qanunsuz olaraq Gürcüstan vətəndaşını saxlayıblar.


Agentliyin məlumatına görə, daha bir qanunsuz saxlanılma faktı ilə bağlı dərhal qaynar xətt fəaliyyətə başlayıb və işğalçı qüvvələr tərəfindən həyata keçirilən insidentlə bağlı Cenevrədə keçirilən beynəlxalq müzakirələrin həmsədrləri məlumatlandırılıb.

“Mərkəzi hökumətin sərəncamında olan bütün mexanizmlərdən istifadə etməklə, işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi istiqamətində fəal iş aparılır. İşğalçı dövlət Gürcüstan vətəndaşlarının qanunsuz həbsi faktına görə tam məsuliyyət daşıyır",
- DTX bildirib.

DTX-nın məlumatına görə, Gürcüstan vətəndaşının Rusiya hərbçiləri tərəfindən qanunsuz saxlanılması faktı noyabrın 8-də baş verib.
Mənbə: Netgazeti

Print