Avropa Parlamenti Suxumi və Tsxinvalidə verilmiş Rusiya pasportlarının tanınmaması ilə bağlı qərarı təsdiqləyib
Avropa Parlamenti “Ukrayna və Gürcüstanın qeyri-qanuni işğal olunmuş rayonlarında” Rusiya tərəfindən verilmiş pasportların və digər səyahət sənədlərinin tanınmaması barədə qərarı təsdiqləyib.

Bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.

Söhbət vizaların verilməsinə qadağadan gedir. 531 deputat müvafiq təklifin lehinə, 7-si əleyhinə, 34-ü isə bitərəf qalıb.

Avropa Parlamenti qeyd edir ki, qərar Ukraynadakı münaqişədən qaçan vətəndaşlara təsir etməyəcək - onlar hələ də humanitar əsaslarla Aİ-yə daxil ola biləcəklər.

Bundan əvvəl Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş bölgələrində, o cümlədən de-fakto Abxaziya və Cənubi Osetiya/Tsxinvali respublikalarında verilmiş Rusiya sənədlərinin tanınmaması ilə bağlı Avropa İttifaqında razılaşdırılmış qərardan məlum olub.

Rusiya pasportlarına qoyulan qadağa Abxaziyadakı beynəlxalq və qeyri-hökumət təşkilatlarının işinə, xüsusən də Brüssel tərəfindən maliyyələşdirilən layihələrə təsir edə bilər. Bu barədə işğal olunmuş Abxaziyanın qondarma xarici işlər naziri İnal Ardzinba bildirib.


Print Email
FaceBook Twitter Google