Xaricə gedən gürcülərin sayı artır
Gürcüstanın Milli Statistika Xidmətinin məlumatına görə, 2022-ci ilin III rübündə Gürcüstan ərazisindən gürcü rezident səyahət edənlərin xaricə 693,4 min səfəri olub ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 3,9 dəfə çoxdur. Səyahətlərin ən böyük payı, 46,3 faizi 31-50 yaşlı səyahətçilər tərəfindən həyata keçirilib.

Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanın rezident ziyarətçilərinin xaricə səfərlərinin sayı 531,8 min nəfər təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 3,3 dəfə çoxdur.
Ümumdünya Turizm Təşkilatının metodologiyasına görə, səyahətçi müxtəlif coğrafi ərazilər arasında istənilən müddət və məqsədlə hərəkət edən istənilən yaşda olan şəxsdir.

Ziyarətçi isə adi mühitdən bir ildən az müddətə başqa ölkənin ərazisinə səfər etmiş 15 yaş və daha yuxarı Gürcüstanın rezident səyahətçisidir (aşağıdakı kateqoriyalar istisna olmaqla: iş üçün gedənlər, xaricdə akkreditə olunmuş diplomatik və ya konsulluq əməkdaşları, silahlı qüvvələrin üzvləri və ya onların himayəsində olan şəxslər (həmçinin tez-tez sərhədi keçən şəxslər).

Səfərlərin böyük hissəsi, 57,9 faizi Türkiyə Respublikasına, 14,6 faizi Rusiyaya, 8,8 faizi Avropa İttifaqı ölkələrinə, qalan 18,7 faizi isə digər ölkələrə aiddir.


Mənbə: Netgazeti


Print