Ermənistan-İran Hökumətlərarası Komissiyasının 17-ci iclasının
yekunlarına əsasən qəbul edilmiş tapşırıqların icrası üzrə qrupun
iclası yaxın vaxtlarda Tehranda keçiriləcək.
Bu barədə Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və İranın
Ermənistandakı səfiri Abbas Zohuri arasında keçirilən görüşdə
bildirilib.
Tərəflər həmçinin regional kommunikasiyaların bərpası halında
Ermənistan və İran arasında dəmir yolu xəttinin istifadəyə
verilməsi imkanlarını müzakirə ediblər.
M.Qriqoryan və A.Zohuri xüsusilə enerji və nəqliyyat sahəsində
əməkdaşlığın əsas istiqamətlərini qeyd ediblər.