"İran terrora ən çox əl atan dövlətdir".
Bunu Birləşmiş Krallığın Kəşfiyyat Xidmətinin (Mİ-5) baş direktoru
Ken Makkallum ənənəvi illik “Ölkələrə qarşı təhdidlər” adlı
hesabatı ilə əlaqədar bildirib.
"Mən terrora ən çox əl atan dövlət olan İrandan gələn təhlükəni
qeyd etmək istəyirəm. İranda mövcud etiraz dalğası totalitar rejim
haqqında fundamental suallar yaradır. Bu, dərin dəyişikliklərin
göstəricisi ola bilər. Lakin istiqamət hələ ki, qeyri-müəyyəndir.
Hələlik biz rejimin tənqidçiləri susdurmaq üçün zorakılığa əl
atdığını görürük. İran proksiləri ilə birlikdə regionda və onun
hüdudlarından kənarda sabitliyi dərindən pozan faktor olaraq
qalmaqdadır. İran Rusiyaya dronlar təmin etməklə dəstək verir.
İran rejimin düşməni kimi qəbul edilən Böyük Britaniyada yaşayan
şəxsləri oğurlamaq və ya hətta öldürmək niyyətini ortaya qoyur.
Yanvar ayından bəri ən azı on dəfə bu cür potensial təhlükənin
şahidi olmuşuq. Biz, tamamilə qəbuledilməz bu fəaliyyəti pozmaq
üçün yerli və beynəlxalq tərəfdaşlarla yaxından işləyirik.
Ölkəmizin xarici işlər naziri İran rejiminə açıq şəkildə bildirib
ki, Böyük Britaniya ölkəsində yaşayan jurnalistlərə və ya hər hansı
bir şəxsə qarşı hədə-qorxu və ya həyat təhdidlərinə
dözməyəcək”, - o, bildirib.