Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan “Orta Dəhliz”in
inkişafı üzrə 2022-2027-ci illər üçün Yol Xəritəsini imzalayıb.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti
məlumat yayıb.
“Tədbirin sonunda bütün tərəflər eyni vaxtda darboğazların aradan
qaldırılması və “Orta Dəhliz”in inkişafı üzrə 2022-2027-ci illər
üçün Yol Xəritəsini imzalayıblar ki, bu da razılaşdırılmış iş
prinsiplərini, o cümlədən dəqiq parametrlərin icra müddəti və məsul
tərəflər qeyd olunmaqla həyata keçirilməsini nəzərdə tutan konkret
layihələri nəzərdə tutur. Sazişlərin həyata keçirilməsi 2025-ci ilə
qədər dəhliz boyu keçid qabiliyyətini ildə 10 milyon tona
çatdırmağa imkan verəcək”, - Qazaxıstan XİN-dən
bildirilib.