Qəzaların baş verməsinin günahkarı sürücülərdir, onlar sağa-sola baxmırlar – Marneuli sakinləri (SORĞU-VİDEO)
16:32 / 25.11.2022
Son bir neçə gün ərzində Marneuli və ölkənin digər bölgələrində
insan ölümü ilə nəticələnən bir neçə yol-nəqliyyat hadisəsi baş
verdi.
Həyatını itirənlərin arasında yeniyetmə və azyaşlılar da var.
Yol-nəqliyyat hadisələri ilə bağlı “Marneuli” radiosunun
əməkdaşları Marneulidə sakinlər arasında sorğu keçirdilər. Sorğu
zamanı sakinlərdən qəzaların hansı səbəbdən baş verməsini və əsas
səbəbin nə olduğunu soruşduq. Respondentlərin sözlərinə görə,
qəzanın yaranmasında ilkin səbəb sürücülərin avtomobilləri sürətlə
idarə etməsidir. Sakinlər aidiyyəti orqanlar tərəfindən məsələ ilə
bağlı müəyyən tədbirlərin görülməsini vacib hesab etdiklərini
bildirirlər.
Qeyd edək ki, Marneulidə 23 noyabr tarixində yol-nəqliyyat hadisəsi
baş vermişdi. Həmin qəza zamanı Qızılhacılı kənd sakini olan 17
yaşlı qız hazırlıq kursundan evə qayıdarkən onu maşın vurmuşdu. O,
hadisə yerindəcə dünyasını dəyişmişdi.
Onu da əlavə edək ki, Gürcüstan Prokurorluğu Marneulidə baş vermiş
yol-nəqliyyat hadisəsi nəticəsində yeniyetmənin ölüm faktı ilə
bağlı bir nəfəri qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı
maddəsinin 6-cı hissəsi (nəqliyyat vasitəsinin hərəkəti
təhlükəsizliyi və ya istismarı qaydalarının insan ölümü ilə
nəticələnən pozulması) ilə ittiham irəli sürüb. Həmin maddə 4 ildən
7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Cinayət işi üzrə
istintaq davam edir. Mövzu ilə bağlı digər xəbərlər: