Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında
konsulluq məsələləri ilə bağlı məsləhətləşmələrin növbəti raundu
keçirilir.
Gürcüstan nümayəndə heyətinə Gürcüstan XİN-in konsulluq
departamentinin direktoru Giorgi Tabatadze rəhbərlik edir.
Keçirilən iclaslarda Azərbaycanın Gürcüstandakı səfiri Faiq
Quliyev, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze
də iştirak edir.