Tercolada kişi keçmiş arvadının üstünə benzin tökərək yandırıb - qadın ölüb
Tercolada kişi keçmiş arvadının üstünə benzin tökərək yandırıb, nəticədə qadın ölüb, təqsirləndirilən şəxs isə xəsarət alaraq xəstəxanaya aparılıb. Hadisə noyabrın 24-də axşam saatlarında mağazaların birində baş verib.

Daxili İşlər Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, ailə üzvünə qarşı xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsi ilə Cinayət Məcəlləsinin 11 Prima - 109-cu maddəsi ilə istintaq başlayıb. İstintaq və prosessual hərəkətlər aparılır, ekspertizalar təyin edilib.

Xəbərlər var ki, əvvəllər qadını zorakılığa məruz qoyan kişiyə qarşı, qadını qorumaq məqsədilə qoruyucu order verilib - Daxili İşlər Nazirliyi indiki mərhələdə bu məsələyə münasibət bildirmir.

Təkcə 2022-ci ilin ilk on ayında 16 qadın ərləri, keçmiş ərləri və ya partnyorları tərəfindən öldürülüb. 2014-cü ildən 2022-ci ilə qədər Gürcüstanda 190-a qədər qadın öldürülüb.

“Gənc Hüquqşünaslar Assosiasiyası” bir neçə gün əvvəl dərc olunan məhkəmə prosesinin monitorinqi hesabatında yazıb ki, bəraət hökmlərinin statistikası əsasən ailə cinayətləri üzrə çıxarılan qərarlar hesabına yaxşılaşıb.

Mənbə: radiotavisupleba.ge

Print