Daxili İşlər Nazirliyi vətəndaşları qadınlara qarşı zorakılıq və ya məişət zorakılığı halları ilə bağlı 112-yə müraciət etməyə çağırır
Daxili İşlər Nazirliyi Səhiyyə Nazirliyi ilə birlikdə qadınlara qarşı zorakılığa qarşı 16 günlük qlobal kampaniyaya qoşulub.

Kampaniya çərçivəsində bu gün Daxili İşlər Nazirliyi tərəfindən əhaliyə məlumat xarakterli qısa telefon mesajı göndərilib.

“Qadınlara qarşı zorakılıq və/və ya məişət zorakılığı cinayətdir! Əgər zorakılıq qurbanısınızsa və ya qeyd olunan cinayətlə bağlı məlumatınız varsa, 112 nömrəsinə zəng vura və ya İnsan Hüquqlarının Müdafiəsi İdarəsinin Facebook səhifəsinə yaza bilərsiniz”,
- deyə polisin vətəndaşlara göndərdiyi SMS-də bildirilib.
Mənbə: İnterPressNews

Print