Marneuli Böhran Mərkəzinə 10 ay ərzində qadına qarşı zorakılıqla bağlı 30-a yaxın iş daxil olub
Marneulidə zorakılıq qurbanlarına xidmət üzrə fəaliyyət göstərən Böhran Mərkəzinə 10 ay ərzində qadına qarşı zorakılıqla bağlı təxminən 30 iş daxil olub.

Onların əksəriyyəti Marneulidə baş vermiş hadisələrdir. Ancaq bir neçə müraciət Bolnisidən, Dmanisi və Tetritskarodan da daxil olub. Mərkəzin rəhbəri Eka Bedianaşvilinin sözlərinə görə, qurum Marneulidə 4 ildir, fəaliyyət göstərir. İlk iki il əsasən onlar haqqında
məlumatlandırma kampaniyalarına həsr olunub, müraciətlər isə 2020-21-ci illərdə fəal olaraq başlayıb.

“Biz tək zorakılıq qurbanlarına, zərərçəkənlərə xidmət göstərmirik, həm də ehtimal olunan qurbanlara da xidmət göstəririk. Güman edilən qurban halları daha çoxdur. Onlar arasında yetkinlik yaşına çatmamış və çatmış şəxslər də var. Yetkinlik yaşına çatmamışlarla bağlı işlər şəhərdə, eləcə də kəndlərdə əksər hallarda erkən evlilik, məcburi nişanlandırma faktları ilə əlaqədar olur. Kəndlərdə olan halları müəyyən etməkdə qəyyumluq və qayğı göstərmə sistemi bizə kömək etdi. Son 10 ay ərzində 30-a yaxın iş yalnız güman edilən qurbanlarla əlaqədar olub. Burada yalnız 30 nəfər olduğu nəzərdə tutulmur. Burada ailə üzvləri ilə işləyirik. Məsələn, erkən evlilik hallarında qayğı göstərənlərlə işləyirik. Bu baba, ana və s. ola bilər. Bir hal bir adam demək deyil. Əgər qurban qadın və ya zərərçəkmişdirsə, həmin halda yetkinlik yaşına çatmamışla da işləyirik. Məsələn, ailədə münaqişə uşaqların inkişafına necə təsir göstərəcək və s.”
– Eka Bedianaşvili bildirdi.

Eka Bedianaşvilinin sözlərinə görə, onların mərkəzində məsləhət mərkəzi fəaliyyət göstərir və həmin xidmət telefon, yaxud elektron xidməti nəzərdə tutur. Hadisələrin əksəriyyəti bağlanıb, bir neçəsi davam edir. Zorakılıq qurbanlarına xidmət göstərən Böhran Mərkəzindən bildirirlər ki, yerli özünüidarə ilə daha çox işləmək istəyirlər.

“Bir neçə halda yerli özünüidarədən başqa yerə ünvanlandırılma olmuşdu. Başlanğıcda daha çox hallarda başqa yerə göndərirdilər, indi yox. Düzünü desəm, fəal olaraq əməkdaşlıq etmirik, ancaq indi daha çox əməkdaşlığı planlaşdırıram”.

25 noyabr Beynəlxalq Qadına Qarşı Zorakılığın Qarşısının Alınması Günüdür. Marneulidə zorakılıq qurbanlarına xidmət göstərən Böhran Mərkəzi 16 günlük kampaniyaya qoşulur. Kampaniya hər il 25 noyabrdan 10 dekabra qədər keçirilir. Eka Bedianaşvilinin sözlərinə görə, təhsil müəssisələrinə səyahət və məlumat kampaniyalarının keçirilməsi planlaşdırılır.

Print Email
FaceBook Twitter Google