Özəl sektorda çalışan işçilərin analıq məzuniyyəti 2000 lari məbləğində kompensasiya ediləcək
İrakli Qaribaşvilinin sözlərinə görə, gələn ildən özəl sektorda çalışan işçilər üçün analıq məzuniyyəti kompensasiyası 1000 laridən 2000 lariyə yüksələcək:

“Analıq məzuniyyəti məsələsi kifayət qədər problemli idi. Özəl sektorda çalışan işçilərə də yardımı ikiqat artırmaq qərarına gəldik. Yanvarın 1-dən 1000 lari əvəzinə 2000 lari olacaq.

Məktəb müəllimlərinə gəlincə, biz artıq artımı nəzərə almışıq və gələn ildən məktəb müəllimləri analıq məzuniyyətində maaşlarını tam alacaqlar. İndi biz özəl sektorda çalışanlar üçün də qərar verdik və bu yardım 1000 lari deyil, 2000 lari olacaq"
, - Qaribaşvili bildirib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google