İrakli Qaribaşvilinin sözlərinə görə, gələn ildən özəl sektorda
çalışan işçilər üçün analıq məzuniyyəti kompensasiyası 1000 laridən
2000 lariyə yüksələcək:
“Analıq məzuniyyəti məsələsi kifayət qədər problemli idi. Özəl
sektorda çalışan işçilərə də yardımı ikiqat artırmaq qərarına
gəldik. Yanvarın 1-dən 1000 lari əvəzinə 2000 lari olacaq.
Məktəb müəllimlərinə gəlincə, biz artıq artımı nəzərə almışıq və
gələn ildən məktəb müəllimləri analıq məzuniyyətində maaşlarını tam
alacaqlar. İndi biz özəl sektorda çalışanlar üçün də qərar verdik
və bu yardım 1000 lari deyil, 2000 lari olacaq", -
Qaribaşvili bildirib.