Hökumət xarici müğənnilərin gətirilməsi üçün 70 milyon xərcləyəcək
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, ölkədə dünya səviyyəli ifaçıların konsertlərinin təşkilinə 70 milyon lari xərclənəcək.

O, bu barədə bu gün, noyabrın 28-də hökumətin iclasında məlumat verib.

Qaribaşvilinin sözlərinə görə, proqram iki il müddətinə hazırlanıb və ölkədə turizmi inkişaf etdirmək məqsədi daşıyır.

Qaribaşvilinin sözlərinə görə, konsertlər ölkədəki stadionlarda və Şekvetilidə yerləşən “Black Sea Arena”da keçiriləcək.
Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google