“Biz irimiqyaslı layihəyə - 7000 köçkün ailəsi üçün mənzillərin tikintisinə başlayırıq”
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin sözlərinə görə, hökumət 7000 ailə üçün yaşayış mənzillərinin tikintisini nəzərdə tutan irimiqyaslı layihəyə başlayır.

Baş nazirin sözlərinə görə, bu məqsədlə 2022-ci ildə pul ayrılacaq.

“Biz genişmiqyaslı layihəyə başlayırıq, bu, məcburi köçkünlər üçün mənzillərin tikintisidir. Yaşayış mənzillərinin tikintisi 7 min mənzil üçün nəzərdə tutulub və bu il biz bunun üçün 50 milyon laridən çox vəsait ayıracağıq”
, - Qaribaşvili bildirib.

Mənbə: Netgazeti

Print Email
FaceBook Twitter Google