Gürcüstanın dövlət borcu azalıb
Bir il ərzində Gürcüstanın dövlət xarici borcu 315,693 milyon dollar azalıb, əvvəlki ayla müqayisədə isə 106,187 milyon dollar artıb.

Maliyyə Nazirliyinin açıqladığı məlumatlara görə, 2022-ci ilin oktyabr ayına Gürcüstanın dövlət xarici borcu 7,681 milyard dolları keçib, bugünkü məzənnə ilə 21,323 milyard lari olub. 2021-ci ilin oktyabr ayına borcun məbləği 7,997 milyard dollar və ya o vaxtkı məzənnə ilə 25,273 milyard lari idi. 2022-ci ilin sentyabr ayının məlumatlarına gəlincə, dövlətin xarici borcu 7,575 milyard dollar və ya o vaxtkı məzənnə ilə 21,478 milyard lari təşkil edib.

2022-ci ilin oktyabr ayına olan məlumata görə, Gürcüstan dövlətinin ən böyük kreditorları bunlardır: Asiya İnkişaf Bankı (AİB), Avropa İnvestisiya Bankı (AİB) və Beynəlxalq İnkişaf Bankı (BYİB).

O cümlədən, EİB-ə borc 806,986 milyon dollardır; Dövlətin BYİB-ə xarici borcu 1,240 milyard dolları, Asiya İnkişaf Bankına (AİB) isə 1,815 milyard dolları ötür.
Mənbə: BPN

Print Email
FaceBook Twitter Google