Rusiya qazına görə ödənilən məbləğ ümumi idxal dəyərinin 22%-ni təşkil edib - İDFİ

Neft sektorunda Rusiya məhsullarının payı artıb. Cəmi bir ayda, may-iyun aylarında Rusiya neftinin Gürcüstan bazarında payının artımı 5% təşkil edib.



Bu barədə məlumat İnformasiya Azadlığının İnkişafı İnstitutunun (İDFİ) araşdırmasında qeyd olunub.

Sənəddə Rusiya kapitalı və Gürcüstan biznesində Rusiyanın əlaqələri haqqında məlumatlar nəzərdən keçirilir.

Tədqiqat çərçivəsində təşkilat tərəfindən müəyyən edilən əsas nəticələr bunlardır:
Neft sektorunda Rusiya məhsullarının payı artıb. Cəmi bir ayda, may-iyun aylarında Rusiya neftinin Gürcüstan bazarında payının artması 5% təşkil edib, buna görə də tendensiya artır.

Təbii qaz sektorunda Gürcüstana idxal əsasən Azərbaycandan həyata keçirilir. 2021-ci ildə Rusiyadan idxal olunan qaza görə ödənilən məbləğ idxal olunan qazın ümumi dəyərinin 22%-ni, 2022-ci ilin ilk 6 ayında isə 14,6%-ni təşkil edib.

2022-ci ilin may ayının məlumatlarına görə, Rusiyadan idxal olunan neftin payı 28% təşkil edib ki, bu da demək olar ki, 139 min ton olub. Nəticədə bir ay ərzində Rusiyadan idxal olunan neftin payı 5% artıb.
Bazarda Rusiya Federasiyasından idxal olunan yanacağın həcmi artmaqda idi və bu, ümumi idxalın 64-65%-ni təşkil edirdi.

Milli Statistika Xidmətindən daxil olan məlumata görə, bazarda ən böyük 5 şirkətdən 4-ü Rusiyadan yanacaq idxal edən şirkətlər sırasındadır: “San Petroleum Georgia”, “Lukoyl Georgia”, “Vissol” və “Sokar”.

2010-2022-ci illərdə Gürcüstanın dövlət qurumları motor yanacağının tədarükü üçün Rusiyanın “Lukoyl” şirkəti ilə 3000-ə qədər müqavilə imzalayıb. Bu müddət ərzində dövlət qurumları “Lukoyl”dan 200 milyon larilik yanacaq alıb.

Rusiyadan idxal olunan elektrik enerjisinin ümumi idxal olunan elektrik enerjisində xüsusi çəkisi 25% (252,2 milyon kVt/saat) təşkil edir. Qalanları Azərbaycan (60%) və Türkiyədən (15%) gəlir.

Mənbə: BPN

 

Print