Maliyyə naziri gələn ilin büdcəsinə əsasən kimin maaşının neçə faiz artırılacağını izah edib

Maliyyə naziri Laşa Xutişvili gələn ilin büdcəsinə əsasən kimin maaşının və neçə faiz artırılacağını izah edib.




Xutsişvilinin hökumət iclası başa çatdıqdan sonra keçirilən mətbuat konfransında dediyinə görə, büdcə işçilərinin maaşları hər il 10%, gələn il isə istisna olaraq ordu, polis və təhlükəsizlik xidmətlərinin maaşları 20% artırılacaq.

“Biz ictimai vəd vermişik ki, dövlət xidmətlərinin az-çox rəqabətli mühitdə fəaliyyət göstərməsi üçün dövlət qulluğu işçilərinin maaşlarını hər il təxminən 10% artıracağıq. Bu il ordu, polis və təhlükəsizlik xidmətinin əməkdaşları üçün istisnadır. Mövcud reallığa və risklərə əsaslanaraq, bu qərar qəbul edilib və onların maaşları 20% artacaq”,
- deyə Laşa Xutişvili bildirib.

 

Print Email
FaceBook Twitter Google