Maliyyə naziri Laşa Xutişvili gələn ilin büdcəsinə əsasən kimin
maaşının və neçə faiz artırılacağını izah edib.
Xutsişvilinin hökumət iclası başa çatdıqdan sonra keçirilən mətbuat
konfransında dediyinə görə, büdcə işçilərinin maaşları hər il 10%,
gələn il isə istisna olaraq ordu, polis və təhlükəsizlik
xidmətlərinin maaşları 20% artırılacaq.
“Biz ictimai vəd vermişik ki, dövlət xidmətlərinin az-çox rəqabətli
mühitdə fəaliyyət göstərməsi üçün dövlət qulluğu işçilərinin
maaşlarını hər il təxminən 10% artıracağıq. Bu il ordu, polis və
təhlükəsizlik xidmətinin əməkdaşları üçün istisnadır. Mövcud
reallığa və risklərə əsaslanaraq, bu qərar qəbul edilib və onların
maaşları 20% artacaq”, - deyə Laşa Xutişvili
bildirib.