Muxtar Babayev: Gürcüstanla ekoloji sahədə əməkdaşlığımız uğurlu nəticələr verəcək
Azərbaycanla Gürcüstan arasında ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahəsində çox səmərəli əməkdaşlıq var.

Düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstana bu səfəri münasibətlərimizin inkişafında yeni səhifə açacaq və hər iki tərəf üçün faydalı olacaq.

Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev söyləyib.

Nazir deyib ki, Azərbaycan nümayəndə heyəti Tbilisidə çoxsaylı, səmərəli görüşlər keçirib. Bu görüşlərdə milli parkların, təbii sərvətlərin, flora və faunanın mühafizəsi istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub və Anlaşma Memorandumu imzalanıb.

“İnanıram ki, imzalanan sənəd və danışıqlar zamanı əldə olunmuş razılıq ekoloji problemlərin həllində bizim üçün geniş imkanlar yaradacaq”,
–deyə M.Babayev vurğulayıb.

Mənbə:Azertag.az

Print