Otar Şamuqiya: Azərbaycanla ətraf mühitin mühafizəsi sahəsində səmərəli əməkdaşlıq edirik
Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sahələrində də səmərəli əməkdaşlıq davam edir.

Biz münasibətlərimizin daha da genişlənməsində və dərinləşməsində maraqlıyıq.

Bu sözləri Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya söyləyib.

Onun sözlərinə görə, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin rəhbərliyi ilə Tbilisidə səfərdə olan nümayəndə heyəti bir sıra görüşlər keçirib, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, biomüxtəlifliyin qorunması və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair maraqlı fikir mübadiləsi aparılıb.

"Bu gün bizim nazirlikdə görüşümüz oldu və biz bir neçə önəmli məsələləri müzakirə etdik. Bizim aktiv əməkdaşlığımız illərdir ki, bir neçə istiqamətdə davam edir",
- deyə nazir vurğulayıb.

Nazir deyib: "Biz bu münasibətlərin daha da dərinləşdirilməsi yolunda fərqli mövzulara toxunduq. Məhz elə bu gün tərəflər arasında anlaşma memorandumu imzalanıb. Düşünürəm ki, bu sənəd nəzərdə tutduğumuz bütün istiqamətlərdə bizim gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edəcəkdir”.


Mənbə: Azertag.az
Print Email
FaceBook Twitter Google