Polşa klinikası (SP ZOZ MSWiA w Kielcach) bildirib ki, əməliyyat
zamanı xəstələr Dünya Kuboku matçına baxıblar.
"Onurğa anesteziyası altında olan xəstələr həqiqətən xoşbəxt
idilər", - deyə klinika bu haqda foto yayıb.
Onurğa anesteziyası lokal anesteziyadır. Bu zaman xəstənin huşu
üstündə olur, lakin ağrı hiss etmir.
Dünya çempionatına gəlincə, Polşa millisi D qrupundan çıxmaq
şansını yüksək saxlayaraq Səudiyyə Ərəbistanına 2:0 hesabı ilə
qalib gəlib. Qrup mərhələsinin son oyununda Polşa Argentina ilə
qarşılaşacaq.