“Sülh şəhəri” meriyanın yeni il şüarı olacaq
Tbilisi meriyası Publika-ya təsdiq edib ki, bu ilki Yeni il öncəsi şüar “Tbilisi sülh şəhəridir” olacaq. Artıq Azadlıq meydanında müvafiq yazı quraşdırılır. Bu, Yeni il bəzəyinin bir hissəsi olacaq.

Tbilisi meriyası şəhərin meri Kaxa Kaladzenin şərhini də dərc edib və bunu Yeni il şüarı ilə əlaqələndirib.

Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, builki Yeni ilin şüarı “Sülh şəhəridir”, çünki sülhün alternativi yoxdur və bu, hamının ümumi arzusudur.

“Sülhün alternativi yoxdur. Bu gün ölkədə əmin-amanlığın olması çox vacibdir. Hökumətimiz gürcü xalqının maraqlarının daim müdafiə olunması, ölkədə sülhün və iqtisadi inkişafın təmin edilməsi üçün hər şeyi edəcək”, - deyə Kaxa Kaladze bildirib.

İndiyə qədər Meriyanın Yeni il qabağı şüarları belə olub - “Həyat dolu şəhər”, “Sevgi dolu şəhər”.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google