Tbilisi meriyası Publika-ya təsdiq edib ki, bu ilki Yeni il öncəsi
şüar “Tbilisi sülh şəhəridir” olacaq.
Artıq Azadlıq meydanında müvafiq yazı quraşdırılır. Bu, Yeni il
bəzəyinin bir hissəsi olacaq.
Tbilisi meriyası şəhərin meri Kaxa Kaladzenin şərhini də dərc edib
və bunu Yeni il şüarı ilə əlaqələndirib.
Tbilisi meri Kaxa Kaladzenin sözlərinə görə, builki Yeni ilin şüarı
“Sülh şəhəridir”, çünki sülhün alternativi yoxdur və bu, hamının
ümumi arzusudur.
“Sülhün alternativi yoxdur. Bu gün ölkədə
əmin-amanlığın olması çox vacibdir. Hökumətimiz gürcü xalqının
maraqlarının daim müdafiə olunması, ölkədə sülhün və iqtisadi
inkişafın təmin edilməsi üçün hər şeyi edəcək”, -
deyə Kaxa Kaladze bildirib.
İndiyə qədər Meriyanın Yeni il qabağı şüarları belə olub - “Həyat
dolu şəhər”, “Sevgi dolu şəhər”.