Dedi ki, “Get burada gördüklərini danış” - Nato Çxeidze Mixeil Saakaşvili ilə görüşü haqqında danışıb
Bu gün parlamentin plenar iclasında deputat Nato Çxeidze eks-prezident Mixeil Saakaşvilinin yanına “Vivamed” klinikasına etdiyi səfərindən danışıb və “Gürcü arzusu”nu Saakaşvilinin “həyatını qorumağa” çağırıb.

“Parlamentin sədri cənab Şalva Papuaşviliyə təşəkkür etmək istərdim, çünki o, ərizəmi vaxtında qəbul etdi və indiki hökumətin dediyi kimi, ötən bazar ertəsi həbsxanada/palatada ölkəmizin üçüncü prezidentini ziyarət etmək imkanı verdi. Onuh haqqında indiki hökumətin nümayəndələri ““simulyant” məhbusdur deyirlər amma Mixeil Saakaşvili Putinə qarşı çıxan siyasi məhbusdur.

Getdim və onu gördüm - o insanı ki, onun hakimiyyəti dövründə müxalifətdə olmuşam, inqilabi idarəçiliyi, bürokratik qanunsuzluqları şəxsən mənə ziyan vurub, ziyanı hələ də məni izləyir, indi də məni izləyir.

Getdim və gördüm.

Mixeil Saakaşvilini tanıyanlar artıq onu tanıya bilməzlər. Bunun necə olduğunu xatırlayanlar tamamilə başqa cür insanla qarşılaşacaqlar.

Ağ boya ilə səliqəli şəkildə boyanmış iki pəncərədən səma zərrəsi belə görünmür. Məhbus hücrəsi deyil yox, çardaqdır. Kresloda oturan yarım skeletə tibbi system qoşublar və temperaturu 37,5 dərəcədir.

Deformasiya olunmuş oynaqlar, məhdud hərəkətlilik və bir hərəkətsiz üzv, tutqun saçlar və ağarmış üzdə şiddətli təbəssüm. Tanıya bilmirsən

Palatanı/çardağı gözdən keçirməyə başlayırsınız– 6 ay əvvəl televizorda gördüyünüz, mayın 12-də Vivamed-ə köçürülərkən ayaq üstə dayandığını gördüyünüz şəxs haradadır. Başqa heç kim yoxdur. Yalnız gördükləriniz var.

Tanış, sürətli və xarakterik nitqlə sizə “Gəl, yaxın otur,” deyir; bu nitq ondan qalan yeganə şeydir və o, dərin nəfəslər/inhalyasiyalar arasında parça-parça qalıb.
Yaxınlaşacaqsan, onun yanında oturacaqsan və bu dağdan o dağdan, bir az keçmişdən, bir az indidən, hətta gələcəkdən də az danışacaqsan. O, səni izləyir və daha çox keçmişdən, sonra Zelenskidən, sonra... heç nədən danışır.

Onun gələcəyi artıq tarazlıqdadır. Onun həyatı artıq bir sapdan asılır. Mixeil Saakaşvili məhbus deyil, həmkarlar. Belə xəstələr məhbus ola bilməz, belə insanlar məhbus borcunu yerinə yetirə bilməz.

“İndi gedəcəm” - deyirəm.

“Get, burada gördüklərini danış” – yenə də gülümsəyərək deyir.

Gördüklərimi deyirəm.

Sizə deyirəm, eşidənlər qulaq asın! Əvvəla, “Gürcü arzusu”ndan olan həmkarlarımız, Mixeil Saakaşvilini ayağa qaldırın və əgər bu qədər çox istəyirsinizsə, sonra əllərinə qandal vurun.

Əvvəlcə ayağa qaldırın. Əvvəlcə imkan verin ki, onu kim bacarırsa o sağaltsın, harada yaşada bilərsə qoy buna məhkəmə düzgün qərar versin! Ədliyyə nazirinə icazə verin, tez hərəkətə keçsin! Gürcüstan prezidentini öz mülahizə hüququndan istifadə etməkdə məhdudlaşdırmayın!.. Latın nəsihəti – “yavaş-yavaş tələsin”, indi işə yaramayır. İndi tez tələsməlisiniz! İndi tələsməlisiniz! Gürcüstanın üçüncü prezidenti bir çardaqda ölməməlidir!

Yaşaması lazımdır! Siz onu xilas etməlisiniz!.. Siz, ey “Gürcü arzusu”ndan olan həmkarlarım, onu xilas etməlisiniz!..” - deyə deputat çoxluğa müraciət edib.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google