Rustavidə iki avtomobil toqquşub
Rustavi şəhərinin 12-ci mikrorayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi” xəbər agentliyinin verdiyi məlumata görə, “BMV” markalı cip və “Hyundai” markalı minik avtomobili toqquşub.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisə yerinə patrul polis briqadası səfərbər edilib.


Print Email
FaceBook Twitter Google