Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər
çərçivəsində bu ölkənin regional inkişaf və infrastruktur naziri
İrakli Karseladze ilə görüşüb.
Görüşdə tullantı sularının idarə olunması, onların təmizlənərək
yenidən istifadəsi məsələləri barədə fikir mübadiləsi aparılıb, bu
sahədə görülən işlər müzakirə olunub.
Eyni zamanda, bərk məişət tullantılarının idarə edilməsi, regional
zərərsizləşdirmə sisteminin tətbiqi, tullantıların çeşidlənməsi və
təkrar emalı istiqamətlərində təcrübə mübadiləsinin aparılması
qərara alınıb.
Mənbə: Azertag.az