Azərbaycanla Gürcüstan arasında ətraf mühitin mühafizəsi və ekoloji
problemlərin həlli sahəsində çox səmərəli əməkdaşlıq var.
Düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin Gürcüstana bu səfəri
münasibətlərimizin inkişafında yeni səhifə açacaq və hər iki tərəf
üçün faydalı olacaq.
Bu sözləri Tbilisidə səfərdə olan Azərbaycanın ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayev söyləyib.
Nazir deyib ki, Azərbaycan nümayəndə heyəti Tbilisidə çoxsaylı,
səmərəli görüşlər keçirib. Bu görüşlərdə milli parkların, təbii
sərvətlərin, flora və faunanın mühafizəsi istiqamətində əməkdaşlıq
məsələləri müzakirə olunub və Anlaşma Memorandumu imzalanıb.
“İnanıram ki, imzalanan sənəd və danışıqlar zamanı əldə olunmuş
razılıq ekoloji problemlərin həllində bizim üçün geniş imkanlar
yaradacaq”,–deyə M.Babayev vurğulayıb.
Mənbə: Azertag.az