Marneuli meriyası budanmış ağaclardan əldə olunmuş odunu
aztəminatlı ailələrə verməyi planlaşdırır.
Bu barədə “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi. O, qeyd etdi ki, onların
xidmət işçiləri bir neçə gün əvvəl ağacları budamağa başlayıblar.
Ancaq pis hava şəraitinə görə işlər dayandırılıb. Mumladzenin
sözlərinə görə, budanmış ağaclardan əldə olunan odunu aztəminatlı
ailələr ərizə əsasında alacaqlar.
“Havalar imkan vermir, indi işləmək təhlükəlidir.
Havalar düzələn kimi hazırıq, 29 noyabrda başladıq, ancaq işi sona
çatdıra bilmədik. Bir neçə ağac budandı və kəsilmədi. Ərizələr
olur, yüksək balı olan aztəminatlı ailələr
aparırlar”.
Leri Mumladzenin sözlərinə görə, neçə ailəyə odun verəcəklərini
bilmirlər. Ancaq onun bildirdiyinə görə, 2021-ci ildə təxminən, 100
ailəyə budanmış ağaclardan əldə olunan odun veriblər.