Siğnağidə 18-ci əsrə aid tağ avtomobilin toqquşması nəticəsində uçub
Siğnaği meriyasının məlumatına görə, XVIII əsrə aid tağ yol qəzası nəticəsində dağılıb.

Hadisə gecə saatlarında baş verib, Daxili İşlər Nazirliyinin nümayəndələri gecə boyu hadisə yerində işləyiblər.
Meriyanın verdiyi məlumata görə, yerli hökumət və Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyin nümayəndələri indiyədək ərazidə qalıblar.

Siğnaği tağı milli əhəmiyyətli mədəni irs abidəsidir və kral II Ereklenin sərəncamı ilə tikilmiş qala divarının bir hissəsidir.

Siğnaği meriyası yaxın vaxtlarda tağın bərpa olunacağını elan edib.

Mənbə: Netgazeti

Print