Rusiyanın “Lukoyl” şirkətinin Gürcüstanda maliyyə vəziyyəti necədir?
Qərbin sanksiyalarına görə dekabrın 5-dən Bakı-Tbilisi-Ceyhan kəməri ilə Xəzərdəki neft yataqlarından neft ixracını dayandırmalı olan Rusiyanın “Lukoyl” şirkəti Gürcüstan bazarında kifayət qədər zəif təmsil olunur. “Lukoil Georgia” bütün ölkə üzrə 57 yanacaqdoldurma məntəqəsinə malikdir. Bundan əlavə, ötən il şirkət 474 milyon lariyə qədər gəlir əldə edib, xalis mənfəəti isə 1 milyon 413 milyon lari olub.

Məlumat üçün bildirək ki, Rusiyanın “Lukoyl” şirkəti dekabr ayından etibarən Qərbin sanksiyalarına görə Xəzər yataqlarından Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft ixracını dayandıracaq və onu Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminə keçirəcək.


Reuters agentliyinin məlumatına görə, şirkətin qərarı dekabrın 5-dən avropalı alıcılara Rusiya neftinin alınmasını və nəqlini qadağan edən Avropa İttifaqının embarqosu ilə bağlıdır. Embarqo Qazaxıstanın əsas neft ixrac marşrutu olan Xəzər Boru Kəməri Konsorsiumuna təsir etməyəcək.

Mənbə: BPN

Print