Qripin gedişi müəyyən dalğalanmalarla xarakterizə olunur - ola
bilsin ki, fevral ayında infeksiyanın yayılmasında artım olsun, -
Səhiyyə nazirinin müavini Tamar Qabunia mövsümi viruslar, o
cümlədən qrip haqqında danışarkən belə deyib.
Onun izah etdiyinə görə, cari dövr sabitləşmə ilə xarakterizə
olunur.
"Müəyyən stabilləşmə müşahidə oluna bilər. Mövsümi olaraq qripin
gedişi müəyyən dalğalanma ilə xarakterizə olunur. Ola bilər ki,
fevral ayında infeksiyanın yayılmasında artım olsun. Bu barədə
danışmaq hələ tezdir. İndiki mərhələdə daha çox yayılma
olmamalıdır, noyabrın son həftəsi və cari dövr sabitləşmə ilə
xarakterizə olunur”, - Qabunia qeyd edib.