Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyindən bildiriblər
ki, Siğnağidə 18-ci əsrdə tikilmiş hasarın tağını zədələyən sürücü
250 lari məbləğində cərimələnib və faktla bağlı inzibati iş
başlanıb.
Gecə saatlarında baş verən yol qəzası zamanı yük maşını mədəni irs
abidəsi olan Siğnağinin tarixi divarının tağlarından birini uçurub.
Tarixi mənbələrə görə, Siğnaği qalası 1762-ci ildə kral II
Ereklenin qərarı ilə tikilib. Onun uzunluğu təxminən 4
kilometrdir.
Yerli sakinlərin sözlərinə görə, yük maşını Gürcüstan ərazisindən
Azərbaycandan Türkiyəyə gedirmiş, tranzit yolu bağlanıb və səhvən
Siğnaği yoluna çıxıb.
"Treyler darvazadan keçə bilməyib və tamamilə
uçurub", - yerli sakinlərdən biri AzadlıqRadiosuna
deyib.