II Ereklenin dövründə tikilmiş divarı zədələyən sürücü 250 lari cərimə olunub
Bu barədə AzadlıqRadiosuna Daxili İşlər Nazirliyindən bildiriblər ki, Siğnağidə 18-ci əsrdə tikilmiş hasarın tağını zədələyən sürücü 250 lari məbləğində cərimələnib və faktla bağlı inzibati iş başlanıb.

Gecə saatlarında baş verən yol qəzası zamanı yük maşını mədəni irs abidəsi olan Siğnağinin tarixi divarının tağlarından birini uçurub. Tarixi mənbələrə görə, Siğnaği qalası 1762-ci ildə kral II Ereklenin qərarı ilə tikilib. Onun uzunluğu təxminən 4 kilometrdir.

Yerli sakinlərin sözlərinə görə, yük maşını Gürcüstan ərazisindən Azərbaycandan Türkiyəyə gedirmiş, tranzit yolu bağlanıb və səhvən Siğnaği yoluna çıxıb.

"Treyler darvazadan keçə bilməyib və tamamilə uçurub",
- yerli sakinlərdən biri AzadlıqRadiosuna deyib.

Mənbə: Azadlıq Radiosu

Print