Marneuli və ölkədə gündəmində nələr baş verib – günün vacib xəbərləri
Marneuli bələdiyyəsində və ölkə gündəmində baş verən xəbərlərin qısa icmalı.

>>>Təkəli sakinləri torpaq məsələsi ilə bağlı problemlə əlaqədar Kvemo Kartli qubernatoru ilə görüşüblər. Təkəli sakini Şirin Əhmədov da Qiorqi Doxturişvili ilə keçirilən görüşdə iştirak edib.

O, bildirdi ki, bu gün konkret həll yolları tapılmadı, ancaq onlara vəd veriblər ki, torpaq məsələsində iştirak edən bütün tərəflər bir-biri ilə görüşəcəklər və qərar elə qəbul olunacaq.


>>>Təkəli sakinləri torpaq məsələsi ilə bağlı Sosial Ədalət Mərkəzinə müraciət ediblər.

Təşkilat 1 dekabrda yerli skainlərlə görüş keçirib. Sosial Ədalət Mərkəzinin hüquqşünası Keti Çutlaşvili “Marneuli” radiosu ilə söhbəti bildirid ki, qeyd olunan mövzuda hüquqi araşdırmaya başlayırlar.


>>>Marneuli meriyası budanmış ağaclardan əldə olunmuş odunu aztəminatlı ailələrə verməyi planlaşdırır. Bu barədə “Təmiz Marneuli” MMC-nin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. O, qeyd etdi ki, onların xidmət işçiləri bir neçə gün əvvəl ağacları budamağa başlayıblar.


>>>27 noyabr tarixində “Marneuli İctimai Kitabxanasında” “GİPA MEDİA LAB” layihəsi çərçivəsində “GİPADOCU2022” film festivalı keçirilib.

Bu barədə “Yeni Düşüncə İnstitutu”-nun həmtəsisçisi Ariz Daşdəmirli “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi. Onun sözlərinə görə, kurs ərzində gənclər yerli və ya qlobal səviyyədə problemli mövzular seçib və öyrəndikləri texniki bacarıqlardan istifadə edərək multimedia layihəsi və qısametrajlı film hazırlayıblar.


>>>1 dekabr tarixində Marneuli Mülki Məşğulluq Mərkəzində Daxili İşlər Nazirliyinin nümayəndələri fiziki imkanları məhdud şəxslərlə məlumatlandırıcı görüş keçirib. DİN nümayəndələri Marneulidə yaşayan fiziki imkanları məhdud şəxslərə nazirlikdə həyata keçirilmiş dəyişikliklər barədə məlumat veriblər və fiziki imkanları məhdud şəxslər üçün nəzərdə tutulmuş xidmətləri müzakirə ediblər.


>>>Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerlə görüşündə rəsmi Tbilisinin Ermənistan-Azərbaycan dialoqunda vasitəçilik rolu müzakirə edilib.


>>>Cinayət Məcəlləsinin 120-ci maddəsində nəzərdə tutulmuş əmələ görə cəza artırılıb.

Xatırladırıq ki, Parlament “İnzibati Xətalar Məcəlləsi”nə və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı yol hərəkəti təhlükəsizliyi məsələlərinə aid olan qanun layihələrini üçüncü oxunuşda 77 səslə qəbul edib.


>>>Yanvarın 1-dən analıq məzuniyyəti zamanı özəl sektorda çalışan işçilərə yardım 1000 laridən 2000 lariyə yüksələcək.

Baş nazir İrakli Qaribaşvili hökumətin iclasında müvafiq təşəbbüsdən danışıb.


>>>Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində Acarıstan regionunda müvafiq icazə olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olma faktına görə iki nəfəri məsuliyyətə cəlb ediblər.


>>>“Empatiya” mərkəzi Mixeil Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı yekun sənədi hazırlayıb və orada keçmiş prezidentin həbsi ilə bir araya sığmayan 20-dən çox diaqnoz və ya simptomun olduğunu bildirir.

“Empathi”nin məlumatına görə, Saakaşvilinin səhhəti ilə bağlı hazırlanan hesabat 194 səhifə və 22 əlavədən ibarətdir.


>>>Səs-küyü normadan artıq olan nəqliyyat vasitəsini idarə etmək cərimə və sürücülük vəsiqəsinin ballarının azaldılması ilə nəticələnəcək - Drift də cəzalandırılacaq.

Parlament üçüncü oxunuşda “İnzibati Xətalar Məcəlləsi” və “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərlə bağlı yol hərəkəti təhlükəsizliyi məsələlərinə aid olan qanun layihələrini 77 səslə qəbul edib.


>>>Tütün məmulatlarının standartlaşdırılmış qablaşdırma ilə satışı ilə bağlı normalar 2024-cü il dekabrın 31-dən qüvvəyə minəcək.

Parlament 66 səslə birinci oxunuşda “Tütünlə mübarizə haqqında” qanuna dəyişikliyi qəbul edib.


>>>2022-ci ilin oktyabr ayında Tbilisidə mənzil alqı-satqılarının sayı 4063 ədəd təşkil edib və əvvəlki ilin oktyabr ayı ilə müqayisədə 29% artım qeydə alınıb.

Bu barədə “Colliers” nəşrinin araşdırmasında qeyd olunub. Onların hesabatlarına görə, bazarın həcmi 41% artaraq 221 milyon ABŞ dollarına çatıb.


Digər xəbərlərimizi veb səhifəmizə daxil olaraq oxuya bilərsiz: www.marneulifm.ge/az

"Marneuli" Radiosu
Print