Marneuli ərazisində hava necə olacaq
2 dekabr tarixində Marneuli ərazisində buludlu hava gözlənilir. Gün ərzində bələdiyyənin bəzi ərazilərində ciskin hava müşahidə ediləcək. Gündüz saatlarında Marneuli ərazisində mülayim cənub küləyi əsəcək. Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə yenidən yağış yağmağa başlayacaq.

Havanın temperaturu gündüz +5 dərəcə, gecə isə +3 dərəcə isti olacaq.

Həftə sonu Marneuli ərazisində hava soyuq keçəcəyi gözlənilir. Belə ki, 3 dekabr tarixində bələdiyyə ərazisində gündüz və gecə satlarında yağış yağacaq. Havanın temperaturu gündüz +4 dərəcə, gecə isə +3 dərəcə isti olacaq.

4 dekabr tarixinə gəlicə isə havanın temperaturu gündüz +4 dərəcə, gecə isə +1 dərəcə isti olacaq. Həmin günü yenə də yağışlı hava müşahidə ediləcək. Bələdiyyənin bəzi dağlıq və ayrı-ayrı yerlərdə sulu qar və qar yağacağı ehtimalı edilir.

Print Email
FaceBook Twitter Google