Ukraynada daha bir gürcü döyüşçü - Cambul Xoperia həlak olub
Cambul Xoperia Ukraynada, Rusiyanın hərbi təcavüzünə qarşı müharibədə həlak olub. O, Rusiya-Ukrayna müharibəsində həlak olan 28-ci döyüşçüdür. Xəbəri həlak olan döyüşçünün atası Arçil Xoperia şəxsi Facebook səhifəsində yayıb.

“Bizi sındırmaq olmaz. Bu, bizim taleyimizdir və bacardığımız qədər bu sınaqla üzləşəcəyik...” Arçil Xoperia yazıb.

Rusiya fevralın 24-də Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Ukraynada yaşayan və ya Gürcüstandan olan onlarla könüllü Ukrayna tərəfində döyüşür.

İlk dəfə martın 18-də gürcü döyüşçülərinin həlak olması ilə bağlı məlumat yayılmışdı.Ukraynada daha bir gürcü döyüşçü - Cambul Xoperia həlak olub

Mənbə: radiotavisupleba.ge

Print