Gürcüstanın Xalq artisti Nuqzar Şariya vəfat edib
Gürcüstanın Xalq artisti, teatr və kino aktyoru Nuqzar Şariya 81 yaşında vəfat edib.

Bununla bağlı cümə günü Gürcüstanın Baş naziri İrakli Qaribaşvbvili Nazirlər Kabinetinin iclasında aktyorun yaxınlarına başsağlığı verib.

“O, hər zaman gürcü kino sənətinin tarixində xüsusi yerə malik olacaq”,
- nazir vurğulayıb.

Şariya 1941-ci ildə anadan olub. Ötən əsrin 60-cı illərində “Absalom və Eteri”, Dağların qanunu” və başqa filmlərdə rol alıb. 70-ci illərdən Almaniya və ABŞ-da yaşayıb.

Mənbə: Netgazeti

Print