Gürcüstan regional sülh, sabitlik və qarşılıqlı əlaqə baxımından
vacib önəm daşıyır.
Bunu Gürcüstanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz
danışıqları üzrə baş müşaviri Filip Riker deyib.
“Mən ötən il burada (Tbilisidə) olarkən Gürcüstanın liderləri ilə
qonşularınız Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək
üçün yaxından işlədim. Baş nazir İrakli Qaribaşvili saxlanılanların
azad olunması və döyüş bölgələrində minaların yerləri ilə bağlı
(məlumat) paylaşımında əvəzolunmaz rol oynadı. Avropa İttifaqının
Monitorinq İmkanına dəstək verməsi ilə Gürcüstan regional
təhlükəsizliyə töhfə verməyə davam edir və mən Baş nazirlə regional
məsələlərin müzakirəsi üçün görüşməkdən məmnunam”, -
deyə Filip Riker bildirib.