Gürcüstan-Azərbaycan əməkdaşlığı hüquqi sahədə də uğurla inkişaf edir
Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq, dostluq və yaxın qonşuluq münasibətlərinə əsaslanan əlaqələr müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə uğurla inkişaf edir.

Bu sözləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşdən sonra jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Fikrət Məmmədovun Gürcüstana bu səfərini və görüşü ölkələr arasında olan xoş qonşuluq əlaqələrinin davamı kimi qiymətləndirmək olar.

“Biz bu ilin martında, Bakıda ədliyyə nazirlikləri arasında münasibətlərin gücləndirilməsinə xidmət edən memorandum imzalamışıq. Bu gün sənədin əyani şəkildə həyata keçirilməsinə başladıq və düşünürük ki, hüquq sahəsində olan bir çox şəxslərin iştirakı ilə birgə forumlar təşkil edəcəyik. Bu bizə Gürcüstan və Azərbaycan arasında ədliyyə orqanları arasında əlaqələrin daha da inkişafına imkan yaradacaq”,
– deyə R.Breqadze vurğulayıb.

Nazir deyib ki, iki ölkə arasında hüquqi yardım üzrə bağlanmış müqavilə və ədliyyənin müxtəlif sahələri üzrə imzalanmış ikitərəfli sənədlər əsasında səmərəli qarşılıqlı fəaliyyət həyata keçirilir.

Mənbə: Azertag.az

Print Email
FaceBook Twitter Google