Beynəlxalq bazarda qızılın qiyməti artır. Qızıl ay ərzində təxminən
11% bahalaşıb və hazırda unsiyası 1799 dollara satılır ki, bu da
avqust ayından bəri ən yüksək səviyyədir.
Qızılın dəyəri xüsusilə Rusiyanın Ukraynaya təcavüzündən sonra
artıb və hətta 2000 dolları keçib, lakin o vaxtdan bu yana xeyli
ucuzlaşaraq 1627 dollara düşüb ki, bunun da əsas səbəblərindən biri
dolların möhkəmlənməsi olub.
Bir qayda olaraq, dolların digər valyutalara nisbətdə bahalaşması
qiymətli metalların qiymətinə mənfi təsir göstərir, çünki risklərin
aşağı olması səbəbindən investorlar öz aktivlərini sabit Amerika
valyutasına yatırmağa üstünlük verirlər. Dolların ucuzlaşması isə
əksinə, qızılı bahalaşdırır.
İndiki artım tendensiyası birbaşa ABŞ Federal Ehtiyat Sisteminin
qərarı ilə bağlıdır. Xüsusilə, FED-in sədri Cerom Pauel növbəti
iclasda faiz dərəcələrinin əvvəlkindən daha az artacağını
açıqlayıb. Bu xəbər dolların məzənnəsinə təsir etdi və valyutanın
1%-dən çox ucuzlaşmasına səbəb oldu ki, bu da qızılın qiymətinə
təsir etdi.
Mütəxəssislər Federal Ehtiyat Sisteminin bu ay faiz dərəcələrini
əvvəlki 75 bənd artımından 50 əsas bənd artıracağını
gözləyirlər.
Digər metalların qiymətləri də bahalaşır - beynəlxalq bazarda
gümüşün 1 unsiyası hazırda 22,8 dollar, platinin 1 unsiyası isə
1043 dollardır.