Meriya beş kənddə “qarın və əzələlər üçün” trenajorlar quraşdıracaq
Marneuli meriyası 6 kənddə kənd proqramı ilə həyata keçiriləcək işləri sadələşdirilmiş qaydada alıb.

Algeti, Şərab Zavodu ərazisində olan məktəbin həyətində, İlməzli kəndində, Ambarovkada, Tsereteli və Norqiulda trenajorların quraşdırılması, Yenikənddə isə dayanacağın tikilməsi planlaşdırılır. İşləri “Sopo” MMC meriyadan birbaşa qayda ilə bağlanmış müqavilə əsasında həyata keçirəcək.

Algetidə, Şərab Zavodu ərazisində mövcud olan məktəbin həyətində bir neçə növ trenajorun quraşdırılması planlaşdırılıb. Həmçinin, “qarın və əzələlər üçün”, “belin düzəldilməsi üçün” trenajor olacaq.

Müqavilənin dəyəri 22 514.96 lari təşkil edir. Buradan 15 520 lari dövlət büdcəsindən, 6 994,96 lari isə yerli büdcədən maliyyələşdirilir. İşlərin həyata keçirilməsi müddəti olaraq 90 gün nəzərdə tutulub. Həmin məbləğ və analoji trenajorların quraşdırılması İlməzli, Tsereteli, Norqiul, Ambarovka kəndlərində də nəzərdə tutulub.

Yenikənddə isə dayanacaq tikintisi avtopavliyonun qurulması işlərinə meriya 15 086,64 lari ödəyəcək.

Hər 6 kənddə layihənin ümumi dəyəri 127 661,44 lari təşkil edir.


Print Email
FaceBook Twitter Google