ABŞ-ın “Time” jurnalı Prezident Volodimir Zelenskini və onun
timsalında Ukrayna ruhunu “İlin adamı” elan edib.
Bu barədə “Time” jurnalı məlumat yayıb.
Bildirilib ki, Zelenski Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı
müharibəsinin başlanğıcında bütün dünyanı öz ölkəsi ətrafında
birləşdirə bilib.
Xatırladaq ki, Avropa İttifaqı bundan əvvəl Ukrayna xalqını Saxarov
mükafatına layiq görüb. Bundan əlavə, Zelenski Ukrayna xalqının
cəsarətinə görə "Oxi" cəsarət mükafatına layiq görülüb.
Qeyd edək ki, daha əvvəl “Financial Times” nəşri də Zelenskini
“İlin adamı” seçmişdi.