Ermənistanın Baş Qərargah rəisi general-mayor Eduard Asryan
Gürcüstanda səfərdə olub.
Məlumatı bu ölkənin Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, səfər çərçivəsində Asryan gürcüstanlı həmkarı
general-mayor Giorgi Matiaşvili ilə görüşüb. Tərəflərin hərbi
təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi perspektivlərinə
dair müzakirə aparıb. Giorgi Matiaşvili Asryanı Gürcüstan Müdafiə
Qüvvələrində aparılan islahatlarla tanış edib.
Ermənistan silahlı qüvvələrinin nümayəndə heyəti NATO-Gürcüstan
Birgə Təlim və Qiymətləndirmə Mərkəzini də ziyarət edib.