Dekabr ayının 5-i saat 18:40-da Dövlət Sərhəd Xidmətinin (DSX)
Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax
rayonunun 2-ci Şıxlı kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində,
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd
edən 3 nəfər sərhəd naryadı tərəfindən saxlanılıb.
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Qazax rayon
sakini, 2004-cü il təvəllüdlü Məmmədova Bəsdi Fərux qızı, Ağstafa
rayonu Poylu qəsəbə sakinləri - 2006-cı il təvəllüdlü Bədirova
Gülparə Saqif qızı və Bukavazin Məryəm Rəfail qızı olduqları
müəyyən edilib.
DSX-nin əməkdaşları tərəfindən saxlanılan şəxslərin valideyinləri
sərhəd diviziyasına dəvət olunaraq, övladlarının yol verdiyi
cinayət tərkibli hərəkətlər barədə məlumatlandırılıblar.
Əhali arasında, xüsusən yeniyetmə və gənclərin cinayət tərkibli
hərəkətlərə yol verilməsinin, həmçinin gələcəkdə baş verə biləcək
xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə
zərurimaarifləndirmə və təbliğat işləri aparılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.