DTX bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə
Mərkəzi Tbilisi Beynəlxalq Hava Limanında “İslam Dövləti”
ekstremist təşkilatının üzvü, Gürcüstan vətəndaşı Tsiskara
Toxosaşvilini saxlayıb.
Agentliyin məlumatına görə, “Əmir İsa” kimi də tanınan Toxosaşvili
“İslam Dövləti”nin üzvləri arasında kifayət qədər nüfuzlu şəxs
sayılırdı. O, Suriya və İraq ərazisində terror fəaliyyətlərində və
davam edən döyüş əməliyyatlarında fəal iştirak edib. O, bir müddət
terror təşkilatının münaqişə bölgəsindəki bölmələrindən birinə
rəhbərlik edib. Onun “İslam Dövləti” terror təşkilatının müxtəlif
nüfuzlu liderləri ilə yaxın münasibətləri olub.
DTX-nın məlumatına görə, Tsiskara Toxoşaşvili 2015-ci ildə
Gürcüstanı tərk edib, Yaxın Şərqə səfər edib və regionda fəaliyyət
göstərən “İslam Dövləti” ekstremist təşkilatına qoşulub.
2019-cu ildə birgə əməliyyat nəticəsində Tsiskara Toxosaşvilinin
kiçik qardaşı Sezar Toxoşaşvili - İslam Dövlətinin əmiri Əl-Bara
Şişan terrorizm ittihamı ilə saxlanılıb. Dövlət Təhlükəsizlik
Xidmətinin yaydığı məlumata görə, o, cəzasını Gürcüstanda
çəkir.
Terrorla Mübarizə Mərkəzi Tsiskara Toxoşaşvilini Gürcüstan Cinayət
Məcəlləsinin 328-ci maddəsi ilə, xarici terror təşkilatına qoşulma
və terror fəaliyyətinə yardım etmə faktı ilə araşdırır. Bu cinayət
on ildən on yeddi ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.